Rusiya Xarkovda hipermarketə zərbə endirib – Zelenski bəyanat verdi: "orada 200 adam var" /FOTO
26-05-2024, 00:17
Rusiya hərbçiləri mayın 25-də günorta saatlarında Xarkovdakı “Episentr” hipermarketinə UMPB D-30 hava bombaları ilə zərbə endirib.
Azpost.info bildirir ki, bu barədə regional polis rəisi Vladimir Timoşko bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski bununla bağlı açıqlama yayıb. Prezident rus hərbçiləri tərəfindən vurulan Xarkovdakı tikinti malları hipermarketində 200-dən çox adamın ola biləcəyini deyib.
“Rusiya şənbə günü, günün ortasında bizim Xarkova – tikinti malları hipermarketinə daha bir vəhşi zərbə endirildi. Hazırda hipermarketdə 200-dən çox insanın ola biləcəyi məlumdur. Artıq bütün xidmətlər yerində yardım göstərir. Ölənlər və yaralananlar haqqında məlumatımız var”, – deyə Ukrayna prezidenti qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri və müasir döyüş təyyarələri olsaydı, Rusiyanın bu cür zərbələri sadəcə olaraq mümkünsüz olardı.
“Buna görə də biz bütün liderlərə, bütün dövlətlərə müraciət edirik: hava hücumundan müdafiənin əhəmiyyətli dərəcədə artırılmasına və rus terrorçularını məhv etmək üçün kifayət qədər imkanlara ehtiyacımız var. Hər gün dünyaya səslənirik: bizə hava hücumundan müdafiə verin, insanları xilas edin”.- deyə Ukrayna prezidenti yazıb.