Məşhur avtomobil şirkəti elektromobillər istehsal edəcək

26-05-2024, 11:28           
Məşhur avtomobil şirkəti elektromobillər istehsal edəcək
Yaponiyanın “Mitsubishi Electric” şirkəti və qabaqcıl avtomobil hissələri buraxan “Aisin” şirkəti elektrik avtomobillərinin istehsalına dair birgə müəssisə yaratmaq barədə razılıq əldə ediblər.

Publika.az Yaponiya mediasına istinadla xəbər verir ki, tam elektrik və hibrid avtomobillər üçün mühərrik və digər komponentlər istehsal edəcək birgə müəssisədə “Mitsubishi” 66, “Aisin” isə 34 faiz paya sahib olacaq.

“Mitsubishi” avtomobil hissələri biznesindən, o cümlədən yanacaqla işləyən avtomobillər üçün injektorlar istehsalından imtina edərək, resurslarını elektrikli nəqliyyat vasitələrinə yönəltməyi qərar alıb.

Tərəflər ümid edir ki, onların əməkdaşlığı sürətlə inkişaf edən elektrik avtomobili sənayesində rəqabət qabiliyyətini artıracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru