Qazaxda çay daşdı:

26-05-2024, 16:22           
Qazaxda çay daşdı:
Son günlər yağış yağışlardan sonra Qazaxda çay daşıb, kəndin ərazisi sel suları basıb.
APA-nın məlumatına görə, Xram çayının daşması nəticəsində rayonun İknci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun alıtnda qalıb.
Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarının ərazisini su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.
Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
13.00
Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.
Ağstafaçayda suyun səviyyəsinin qalxması nəticəsində Qazaxın “mal bazarı” adlanan ərazisini su basıb.
Həmçinin Gürcüstan ərazisində də yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazi su altında qalıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.