Rusiya Talibanı qadağan olunmuş siyahıdan çıxara bilər

27-05-2024, 18:04           
Rusiya Talibanı qadağan olunmuş siyahıdan çıxara bilər
Rusiya Xarici İşlər və Ədliyyə Nazirliyi Putinə Talibanın Moskvanın qadağan olunmuş siyahısından çıxarıla biləcəyi barədə məlumat verib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Taliban Sankt-Peterburq İqtisadi Forumuna dəvət olunub.

Rusiya Talibanı iyun ayında keçiriləcək Sankt-Peterburq İqtisadi Forumunda iştiraka dəvət edib.

Taliban 2021-ci ildə ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Taliban hökuməti hakimiyyətə gəldikdən sonra qadın və qızlara təhsil və iş həyatına qadağa qoyub.

Qadınlar 2021-ci ildən bəri öz fundamental hüquqları üçün çoxsaylı etiraz aksiyaları keçiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru