Putinlə şəkil çəkdirən süvari qadın atdan yıxılıb ağır yaralandı

28-05-2024, 09:58           
Putinlə şəkil çəkdirən süvari qadın atdan yıxılıb ağır yaralandı
Moskvanın şimal-qərbində atdan tullanan Moskva polisinin süvari qadını ağır xəsarətlər alıb.

Ağır xəsarət alan qadın əməliyyat olunacaq.

Hadisə Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin 1-ci əməliyyat alayının 31 yaşlı əməkdaşının və onun həmkarlarının patrul xidməti apardığı Stroginski körpüsün həndəvərindəki meşəlikdə baş verib.

Süvari qadın atın üstündən tullanması uğursuz alınıb. O, yerə yıxılandan sonra ayağa qalxa bilməyib.

Botkin Xəstəxanasında həkimlər xəstənin kəllə-beyin travması və ciddi sınığı olduğunu aşkar ediblər.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskvadakı Baş İdarəsinin 1-ci əməliyyat alayında 800 əməkdaş xidmət edir və onların üçdə biri qadınlardır.

5 il əvvəl həmin qadın 8 mart ərəfəsində atın üstündən Prezident Vladimir Putinlə yan-yana şəkil çəkdirib.
mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru