Kanslerin Brejnevə hədiyyə etdiyi "Mercedes-Benz" satışa çıxarılıb

3-06-2024, 16:58           
Kanslerin Brejnevə hədiyyə etdiyi "Mercedes-Benz" satışa çıxarılıb
Rusiyada Almaniya kansleri Villi Brandt tərəfindən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevə hədiyyə edilən "Mercedes-Benz 450 SLC" avtomobili satışa çıxarılıb.

Qeyd olunub ki, avtomobil 1973-cü ildə SSRİ-yə gəlib və SSRİ Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbəri Nikolay Şolokovun oğlu İqor Şolokovda olub.

Avtomobilin yürüşü azdır və salonda aşınma izi yoxdur. "Mercedes"in kapotunun altında 4,5 litr həcmə və 225 at gücünə malik "V8" mühərriki var. Sürət qutusu üç pilləli hidromexaniki avtomatdır.

Avtomobilin təxmini qiyməti 20 milyon rubl (təxminən 376 min manat) təşkil edir.

Brejnevə hədiyyə edilən "Mercedes-Benz" Rusiyada yenidən qeydiyyata alınmayıb.


Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru