Həcc qaydaları sərtləşdirilir - 2700 dollar cərimə

3-06-2024, 16:24           
Həcc qaydaları sərtləşdirilir - 2700 dollar cərimə
Səudiyyə Ərəbistanının İctimai Təhlükəsizlik Xidməti icazəsiz ziyarət eməklə Həcc qayda və təlimatlarını pozan zəvvarlara qarşı cərimə tətbiq etməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Saudi Press Agency” yayıb.

Agentliyin məlumatına görə, Həcc ziyarəti haqqında qanunun şamil edildiyi ərazilərə Məkkə şəhəri, mərkəzi ərazi, müqəddəs yerlər, Haramain dəmiryolu stansiyası, nəzarət-buraxılış məntəqələri, yoxlama mərkəzləri və müvəqqəti təhlükəsizlik nəzarət-buraxılış məntəqələri daxildir.

Həcc qaydalarını pozan istər yerli sakin, istərsə də xarici vətəndaşlar 2700 dollar məbləğində cərimə ediləcək. Qaydaları pozan əcnəbilər ölkələrinə deportasiya ediləcək və müəyyən müddətə onların Səudiyyə Ərəbistanına girişi qadağan ediləcək.

Qaydalar cari ilin iyunun 20-nə qədər qüvvədə olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.