Avropada qaz bahalaşıb - Səbəb açıqlandı

4-06-2024, 09:08           
Avropada qaz bahalaşıb - Səbəb açıqlandı
Avropada qazın qiyməti Norveçdə qaz emalı zavodunda baş verən nasazlıqdan sonra ən yüksək həddə qalxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Yazıda qeyd olunur ki, mövcud vəziyyət Rusiya idxalından imtina etdikdən sonra Norveç tədarükünün Avropa bazarındakı mühüm rolunu vurğulayır.

“Financial Times” yazır ki, Qitələrarası Birjada Avropa “benchmark TTF”-nin qiyməti meqavat-saat üçün 38 avronu keçərək 13%-dən çox artıb ki, bu da dekabrın əvvəlindən bəri ən yüksək göstəricidir. O da maraqlıdır ki, bütün bunlar Avropada qaz anbarlarının rekord səviyyədə dolması fonunda baş verir.

Norveç hazırda Avropanın ən böyük təbii qaz tədarükçüsüdür və 2022-ci ildə Rusiyadan qaz idxalı böyük ölçüdə kəsildikdən sonra tədarüklərin 30%-i onun payına düşür. Ona görə də Norveçdə qaz tədarükü ilə bağlı planlaşdırılmamış fasilələr olduqda bazar buna kəskin reaksiya verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru