Atasının ciddi çıxışını gülüşə çevirən balaca -Video

5-06-2024, 09:44           
Atasının ciddi çıxışını gülüşə çevirən balaca -Video
ABŞ-nın Respublikaçılar Partiyasının nümayəndəsi Con Rouzin oğlu atasının çıxışı zamanı etdiyi hərəkətlərlə izləyiciləri güldürməyi bacarıb.

Gununsesi.info xəbər verir ki, bu haqda məlumatı “AP” paylaşıb.

Əyləncə dolu görüntülərdə aşağıdakı başlıq qeyd olunub:

“Yəqin ki, izləyicilərdən kimsə bir kəlmə də başa düşmədi. Onun arxasında baş verənlərə necə laqeyd qalmaq olar?”

Belə ki, çıxış zamanı 6 yaşlı Qay Rouz dilini çıxarmağa, gözlərini çəpləşdirməyə, başını tərpətməyə və barmaqları ilə müxtəlif jestlər etməyə başlayıb.

Məlumata görə, bu balaca oğlan ötən həftə bağçaya getməyə son verdiyi üçün, atası onu özü ilə Konqresə aparmaq məcburiyyətində qalıb.

Diplomat oğlunun performansını bu cür şərh edib:

“Oğlum Qaya kiçik qardaşı üçün kameraya gülümsəməyi tapşırmışdım. Aldığım nəticə budur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru