Avtobuslarda kondisioner problemi həll olunub? - AÇIQLAMA

6-06-2024, 09:04           
Avtobuslarda kondisioner problemi həll olunub? - AÇIQLAMA
Yay mövsümünün gəlməsi, havaların istiləşməsi ilə əlaqədar avtobuslarda kondisioner sistemi yenidən gündəmə gəlir. Yeni avtobuslarda kondisioner sistemi olsa da, bəzilərində işlək vəziyyətdə olmur və bu da sərnişinlərin narazılığına səbəb olur.

Avtobuslarda kondisioner problemi necə həll olunur?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) və "BakuBus" MMC-yə sorğu ünvanladıq.

AYNA mətbuat katibi Tural Orucov bildirilib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:

"Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib".

"BakuBus" MMC-dən mətbuat katibi Əsmər Əliyeva bildirilib ki, kondisionerlər işlək vəziyyətdədir:

"BakuBus"ın daxili reqlament qaydalarına uyğun olaraq kondisionerlərin fəaliyyəti 15 iyundan nəzərdə tutulurdu. Lakin havaların isti keçməsi və sərnişinlərin rahatlığını nəzərə alaraq rəhbərliyin göstərişi ilə iyun ayının 1-dən etibarən avtobusda kondisionerlər işlək vəziyyətdədir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.