Putin Ukraynadakı rus əsirlərinin sayını AÇIQLADI

7-06-2024, 07:24           
Putin Ukraynadakı rus əsirlərinin sayını AÇIQLADI
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı "Laxta" Mərkəzində keçirilən beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı 1348 rusiyalı hərbçinin Ukrayna əsirliyində olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, bunu Fransanın "AFP" agentliyinin nümayəndəsinin sualını cavablandırarkən səsləndirib.

“Mən bu rəqəmləri bilirəm, çünki biz onlarla hər gün işləyirik. Bizdə 6465 ukraynalı əsgər var, əgər biz canlı itkilərdən danışırıqsa, onda bu nisbət təxminən birə beşə bərabərdir”, - deyə Rusiya lideri bildirib.

O qeyd edib ki, Rusiyanın münaqişə zamanı canlı itkiləri Ukraynanın itkilərindən xeyli az olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru