"Telegram"da yenilik - "Stars" adlı daxili valyuta istifadəyə verildi

7-06-2024, 09:08           
"Telegram"da yenilik -
"Telegram" messencerin mini-proqramlarında rəqəmsal mal və xidmətlər üçün ödəniş edə biləcəyiniz "Stars" adlı daxili valyuta istifadəyə verilib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Telegram"ın həmtəsisçisi Pavel Durov bildirib.

"Telegram" bunun sayəsində indi ən asan ödəniş üsulundan - "Android" və "iOS"da tətbiqdaxili alışlardan istifadə etməklə rəqəmsal xidmətlər üçün ödənişləri qəbul edə bilər", - Durov qeyd edib.

Valyuta alarkən, "Apple" və "Google" 30% komissiya tutacaq, lakin "Telegram" "Stars" istifadə edərək satın alınan reklamları subsidiya edəcək, bu da komissiyanı demək olar ki, sıfıra endirəcək.

Mini proqram tərtibatçıları "Fragment" platforması vasitəsilə valyutanı "Toncoin" kriptovalyutasına çıxara biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru