İlon Mask “Tesla”dan AYRILA BİLƏR

8-06-2024, 12:24           
İlon Mask “Tesla”dan AYRILA BİLƏR
“Tesla”nın sədri Robin Denholm şirkətin səhmdarlarını İlon Maskın 56 milyard dollarlıq təzminat paketini təsdiqləməyə çağırıb, əks halda şirkətin qurucusu İlon Mask Tesla-dan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Verge” yazıb.

Nəşr iddia edib ki, əks halda milyarder şirkəti tərk edə bilər.

İyunun 13-də Tesla səhmdarları Maskın 56 milyard dollarlıq təzminat paketinin taleyini həll edəcək,

Qeyd edək ki, bu, CEO-nun təzminat tələbi ilə bağlı ikinci səsvermə olacaq. Belə ki, Delaver ştatının məhkəmə hakimi təsdiqləmə prosesinin qüsurlu olduğu səbəbiylə birinci təzminat tələbini rədd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru