İsrail ordusu biri Rusiya vətəndaşı olan 4 girovu azad edib

9-06-2024, 09:58           
İsrail ordusu biri Rusiya vətəndaşı olan 4 girovu azad edib
İsrail hərbçiləri Qəzza zolağında xüsusi əməliyyat keçirib və nəticədə 2023-cü il oktyabrın 7-dən girov olan 4 nəfəri azad edib.

APA xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına əsasən əməliyyat Qəzzanın mərkəzi hissəsində yerləşən və fələstinli qaçqınların yaşadığı Nuseyrat bölgəsində keçirilib.

Əməliyyat zamanı 21 yaşlı Almoq Meir, 25 yaşlı Noa Aqramani 40 yaşlı Şlomi Ziv və Rusiya vətəndaşlığı olan 27 yaşlı Andrey Kozlov azad edilib.

Qeyd olunur ki, azad edilən şəxslər 2023-cü il oktyabrın 7-də Nova musiqi festivalının keçirildiyi ərazinin yaxınlığından qaçırılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru