“Meta” və “X” YAP üzvlərinin profillərini bloklayıb

11-06-2024, 11:28           
“Meta” və “X” YAP üzvlərinin profillərini bloklayıb
Yeni Azərbaycan Partiyası funksionerlərindən bir çoxunun “X” və “Meta” hesabları bağlanıb.

“Gununsesi.info”nun xəbərinə görə, buna səbəb kimi YAP fəallarının Yeni Kaledoniyadakı hadisələri qızışdırması göstərilib.

Azərbaycanla Fransa arasında gərginlik bu olaydan sonra daha da güclənib.

Fransa Daxili İşlər Nazirliyi Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanın rolunun olduğunu bəyan etsə də rəsmi Bakı bunu təkzib edib.

YAP-ın sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Gununsesi.info”ya açıqlamasında bu barədə danışıb:

“Bununla bağlı bizim mövqeyimiz ifadə olunub. YAP-ı Fransadakı olaylarda iştirakçı kimi təqdim etmək yersizdir. Hər bir vətəndaşın azad düşüncəsi var. İnsanlar öz düşüncəsini sərbəst ifadə edə bilər. Bizim partiyadan da kimlərsə, bunu edirsə, o demək deyil ki, bu YAP-ın rəsmi təşəbbüsüdür, yaxud da göstərişidir. Bloklanan hesabların sahibləri də sıravi üzvlərdir. Əgər Fransa tərəfinin iddia etdiyi kimi YAP bu prosesdə iştirakçıdırsa, o zaman adıçəkilən sosial şəbəkələr Mərkəzi Aparatın rəhbərliyinin hesablarına məhdudiyyət qoyardı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru