Trampın mitinqində baş verən atışma ilə bağlı təhqiqatı FTB aparır

14-07-2024, 10:38           
Trampın mitinqində baş verən atışma ilə bağlı təhqiqatı FTB aparır
Tramp şənbə günü Pensilvaniyada ictimaiyyət qarşısında çıxış edərkən atışma baş verib Onun qulağından yaralandığı və çoxlu qan itirdiyi bildirilib.
ABŞ Federal Təhqiqatlar Bürosu keçmiş prezident Donald Trampın mitinqində baş verən atışma ilə bağlı təhqiqatda aparıcı qurum kimi öz üzərinə götürdüyünü bildirib.
“FTB keçmiş prezident Donald Trampla bağlı Pensilvaniya ştatının Butler şəhərində bu gün səhər saatlarında baş vermiş insidentin araşdırılmasında aparıcı federal hüquq-mühafizə orqanı rolunu öz üzərinə götürüb”, - məlumatda deyilir.

Tramp atışma üzündən şənbə günü Pensilvaniyada ictimaiyyət qarşısında çıxışını yarımçıq kəsib. Videoda siyasətçinin qulağının qan içində olduğu vaxt mühafizəçilər tərəfindən necə aparıldığı əks olunub. Tramp daha sonra qulağından yaralandığını və çoxlu qan itirdiyini bildirib.
ABŞ Məxfi Xidməti səhnəyə doğru bir neçə dəfə atəş açan şübhəlini öldürdüyünü bildirib. Atışma zamanı bir tamaşaçı həlak olub, iki nəfər isə ağır yaralanıb.

ABŞ prezidenti Co Bayden Trampın sağalması üçün dua etdiyini, lakin hadisəni siyasətçiyə qarşı sui-qəsd cəhdi adlandırmaq üçün hələlik kifayət qədər faktlara malik olmadığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.