"Lamborghini" dizaynında smartfon təqdim olundu

21-07-2024, 12:53           
"Lamborghini" dizaynında smartfon təqdim olundu
"Lamborghini" dizaynında smartfon təqdim edilib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, qadcetin məhdud versiyası "Redmi K70 Champion Extreme Edition" adlanır. Onun dizaynı "Lamborghini Huracan Super Trofeo EVO2" superkarından ilhamlanıb.

"Redmi K70 Champion Extreme Edition" 144 Hz tezliyə malik düz 6,67 düymlük OLED displeylə təchiz edilib. Cihaz "MediaTek Dimensity 9300+" prosessoru ilə işləyir və 120 Vt-a qədər sürətli enerji doldurmağı dəstəkləyən 5500 mAh batareyaya malikdir.

"Redmi K70 Champion Extreme Edition"ın korpusu qara alüminium çərçivədən hazırlanıb. "Lamborghini" loqosu smartfonun arxa tərəfində təsvir olunub. Qadcetin xüsusi hədiyyə qutusu da var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru