Abbas Lisani sürgün cəzasının icrası üçün Yəzd şəhərinə köçürülüb

3-09-2024, 09:38           
Abbas Lisani sürgün cəzasının icrası üçün Yəzd şəhərinə köçürülüb
Ərdəbil şəhərinin sakini, tanınmış siyasi fəal Abbas Lisani şənbə günü nəzarət altına alındıqdan sonra daha əvvəl məhkum olduğu, lakin boyun əymədiyi sürgün cəzasının icrası üçün Yəzd şəhərinə göndərilib.

Siyasi fəalın təhlükəkizlik məmurlarının müşayiəti ilə Yəzdə aparıldığı bildirilib.

Bölgədə fəaliyyət göstərən türk fəallar Amerikanın Səsinə bildiriblər ki, Lisani yenə də məcburi iqamət cəzasına boyun əyməyib və bazar ertəsi günü Yəzd şəhərini tərk edib.

Lisani 2023-cü ilin fevral ayında 4 ildən artıq həbsdən sonra sərbəst buraxılmasının ardınca 2 illik əlavə sürgün cəzasının icrası üçün polis müşayiəti ilə İranın Yəzd şəhərinə göndərilmişdi. Ancaq o, qısa müddət sonra vətəndaş itaətsizliyi olaraq sürgün cəzasını rədd edərək Ərdəbilə qayıtmışdı.

Ərdəbil Məhkəməsi 2023 ilinin oktyabrında cəzaya boyun əymədiyinə görə siyasi fəalın cəzasını üçdə bir dəfə artıraraq onu Yəzd şəhərində 2 il 8 ay məcburi iqamət cəzasına məhkum edib.

Sürgün cəzasını ikinci dəfə rədd edən Abbas Lisaninin həbs cəzası ilə qarşılaşa biləcəyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.