Corciyada məktəbdə 4 nəfəri öldürməkdə ittiham olunan yeniyetmə daha öncə təhdidlər etdiyinə dair şikayətlər səbəbilə sorğu-sual edilib
6-09-2024, 12:54
Bir il öncə Corciya polisi internetdə məktəbdə atışma təhdidləri ilə bağlı şikayətlər səbəbilə 13 yaşlı bir oğlanı sorğu-sual edib, ancaq əllərində kifayət qədər sübut olmadığına görə onu həbs etməyib. Çərşənbə günü həmin oğlan Atlanta yaxınlığında oxuduğu məktəbdə atəş açaraq, dörd nəfəri öldürüb, diqquz nəfəri yaralayıb.
Yeniyetməyə Apalaçi orta məktəbinin 14 yaşlı şagirdləri Meyson Şermerhorn və Kristian Anqulo, habelə müəllimlər 39 yaşlı Riçard Aspinval və 53 yaşlı Kristina İriminin ölümü ilə əlaqədar yetkin insan kimi ittihamlar irəli sürülüb.
Atlantadan təxminən 1 saat uzaq şimal-şərqdə yerləşən Vindetdəki məktəbdə yaralanan ən azı 9 nəfər aldıqları xəsarətlər səbəbilə xəstəxanalara çatdırılıb. Barrou mahalınn şerifi Cud Smitin dediyinə görə, onların hamısının sağalacağı gözlənilir.
Hazırda 14 yaşında olan şübhəli yeniyetmə isə cümə axşamı bölgədəki gənclər üçün cəzaçəkmə müəssisəsinə aparılıb.
Hücum tüfəngilə silahlanmış yeniyetmə cəbr dərsinə geri dönərkən sinif yoldaşlarının ona qapını açmamasının sonra silahını dəhlizdəki şagirdlərə doğruldub. Bu barədə onun sinif yoldaşı Layla Sayarat bildirib.
Yeniyetmə bundan öncə cəbr dərsindən çıxıb və Sayarat məkətbə daha yeni transfer olan bu sakit şagirdin yenidən dərsdən qaçdığını düşünüb.
Ancaq o, daha sonra qayıdıb və sinif otağına daxil olmaq istəyib. Bəzi şagirdlər qapını açmağa gedib, amma sonra geri çəkilib.
“Düşünürəm ki, onlar nə isə gördü, amma hansısa səbəbdən qapını açmadılar,” Sayarat deyib.
O, qapıdakı pəncərədən bayıra baxanda həmin şagirdin üzünü çevirdiyini görüb və silah səsləri eşidib.
“Bir anda ardıcıl təxminən 10-15 dəfə atəş açıldı,” o deyir.
Riyaziyyat sinfinin şagirdləri yerə uzanaraq, təhlükəsiz yer axtarışında yerdə sürünüblər.
Məktəbin iki mühafizəçisi atəş açıldığına dair məlumat yayılandan sonra dəqiqələr içində atəş atan şəxsə müqavimət göstərib. Yeniyetmə dərhal təslim olaraq saxlanılıb.
Yeniyetmə 2023-cü ilin may ayında internetdə naməlum məktəbdə atəş açmaqla bağlı təhdidlər yerləşdirməsi ilə əlaqədar anonim şikayətlərdən sonra Federal Təhqiqat Bürosu (FBI) tərəfindən sorğu-sual edilib. Bu barədə Federal Təhqiqat Bürosu bəyanatında məlumat verib.
FBI daha sonra işi Barrou mahalı yaxınlığındakı Cekson mahalı şerifinin departamentinə yönəldib.
Şerifin ofisi 13 yaşlı yeniyentə və onun atasını sorğu-sual edib və atası evdə ov silahlarının olduğunu, lakin yeniyetmənin onlara icazəsiz çıxışının olmadığını deyib. Yeniyetmə də onlayn təhdidlər etdiyini inkar edib.
FBI bildirib ki, şerifin ofisi yerli məktəblərə yeniyetməyə davamlı olaraq nəzarət etmələri barədə xəbərdarlıq edib, ancaq onu həbs etmək və ya əlavə tədbir görmək üçün yetərli səbəbləri olmayıb.
Hüquq-mühafizə orqanları yeniyetmənin hücumda istifadə etdiyi silahı necə əldə etdiyini və Barrou mahalında yerləşən və 1900 şagirdi olan məktəbə onu necə gətirdiyini araşdırır.