"Telegram"da fırıldaqçılar arasında populyar olan funksiyalar söndürüldü - Durov AÇIQLADI

7-09-2024, 15:04           
"Telegram"da fırıldaqçılar arasında populyar olan funksiyalar söndürüldü - Durov AÇIQLADI
Fırıldaqçılar tərəfindən həddindən artıq istifadə edilən “Yaxınlıqdakı insanlar” funksiyası və media fayllarının Telegraph bloq alətinə yüklənməsi Telegram messencerindən silinib.

Bu barədə messencerin təsisçisi Pavel Durov Telegram kanalında məlumat verib.

“Biz Telegram-da insanların 0,1%-dən azının istifadə etdiyi “Yaxınlıqdakı insanlar” funksiyasını sildik, lakin onun botlar və fırıldaqçılarla bağlı problemləri var idi”, - Durov yazıb.

Bunun əvəzinə messencer “Yaxınlıqda biznes” funksiyasını təqdim edib ki, burada hüquqi və təsdiqlənmiş kommersiya müəssisələrinin sahibləri mallarının kataloqlarını yerləşdirə və ödənişləri qəbul edə biləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.