Oktyabr ayında Ermənistanın Tavuş vilayətində pulsuz rus dili kursları təklif edən iki yeni Rus Evi mərkəzi açılacaq.
Axar.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun mətbuiat xidmətindən məlumat verilib.
“Oktyabr ayından etibarən “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin Dilican və İcevanda pulsuz rus dili kursları təklif edən Əlavə Təhsil Mərkəzləri fəaliyyətə başlayacaq”, - məlumatda qeyd olunub.