Xərçəngə tutulan şahzadənin son durumu açıqlandı

10-09-2024, 15:34           
Xərçəngə tutulan şahzadənin son durumu açıqlandı
Uels Şahzadəsi Keyt Middlton kimyaterapiya müalicəsini başa vurduğunu açıqlayıb.

Keyt Middlton bu barədə “X” sosial şəbəkə hesabında video paylaşıb. Videoda onun həyat yoldaşı Şahzadə Uilyam və uşaqları ilə keçirdiyi xüsusi anlar yer alır. O, son 9 ayın özü və ailəsi üçün çətin keçdiyini, kimyaterapiya müalicəsini başa vurduğu üçün isə çox sevindiyini bildirib. Eyni zamanda, diqqətini xərçəngdən qorunmağa yönəldəcəyini əlavə edib.

Qeyd edək ki, bu ilin yanvarında Keyt Middlton qarın nahiyəsindən əməliyyat keçirdiyini açıqlamışdı. Mart ayında isə xərçəng hüceyrələrinin aşkarlandığını və profilaktik kimyaterapiya müalicəsi almalı olduğunu təsdiqləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru