İsrail HAMAS-ın 7 oktyabr hücumunda iştirak edən 3 yüksək səviyyəli rəsmisini məhv edib
11-09-2024, 07:04
İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində humanitar zonanın ortasında yerləşən qərargahda olan HAMAS hərəkatının bir qrup yüksək vəzifəli fəalına zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Zərbədən əvvəl dəqiq döyüş sursatı və hava müşahidəsi də daxil olmaqla, mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün addımlar atılıb”, - məlumatda bildirilir.
Müdafiə Qüvvələri zərbə nəticəsində 7 oktyabr hücumunda birbaşa iştirak edən 3 yüksək səviyyəli HAMAS rəsmisinin öldürüldüyünü açıqlayıb.
Qeyd edilib ki, HAMAS hava qüvvələrinin Qəzzadakı rəhbəri Samer Ismail Khadr Abu Daqqa, HAMAS-ın Hərbi kəşfiyyat bölməsində Müşahidə və Hədəflər departamentinin rəhbəri Osama Tabesh və HAMAS-ın digər yüksək rütbəli zabiti Ayman Mabhouh zərərsizləşdirilib.