Anonymous gürcü xalqını dəstəklədi - Hökumətə kibermüharibə elan etdi
6-12-2024, 07:34
“Anonymous” beynəlxalq fəal haker qrupu Gürcüstanın hazırkı hökumətinə qarşı “kiber müharibə” elan edib.
Bizimxeber.az bildirir ki, haker qrupu partiyanın və onun lideri Bidzina İvanişvilinin gürcü xalqına və onun iradəsinə xəyanət etdiyini bəyan edib.
Anonymous-un sosial mediada paylaşdığı bəyanatda deyilir: “Sizin zalım rejiminiz, ədalət uğrunda mübarizəni susdurmaq cəhdləriniz uğursuz olacaq”. Anonymous gürcü xalqının yanında olacağına söz verib, onların səsini eşitdirməyə kömək edəcək və “zalım sistemi” hədəfə alacaq.
Qrup həmçinin internetin həqiqəti üzə çıxarmaq və azadlığa nail olmaq üçün bir vasitə kimi əhəmiyyətini vurğulayıb.