Kadırovun dostuna “Rusiya Qəhrəmanı” adı verildi – Çeçenistan başçısı Zolotovu tərifləyib

13-12-2024, 12:46           
Kadırovun dostuna “Rusiya Qəhrəmanı” adı verildi – Çeçenistan başçısı Zolotovu tərifləyib
“Rosqvardiya”nın başçısı, ordu generalı Viktor Zolotova “Rusiya Qəhrəmanı” adı verilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz “teleqram” kanalında məlumat yayıb.

Kadırov paylaşımında onun dostu kimi tanınan və onunla eyni hakimiyyətdaxili qruplaşmada təmsil olunduğu deyilən Zolotovu tərifləyib: “Dostum, müəllimim və dəyərli böyük qardaşım, Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Baş Komandanı, general Viktor Vasilyeviç Zolotovu “Rusiya Qəhrəmanı” ali rütbəsi alması münasibətilə təbrik edirəm”.

Çeçenistan rəhbəri qeyd edib ki, Zolotov guya Ukraynada “xüsusi hərbi əməliyyat”da “cəsarət nümayiş etdirir”: “Hərbi general belə olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru