Binalarda yaşayanların NƏZƏRİNƏ: cihazlar quraşdırılır

9-01-2025, 15:44           
Binalarda yaşayanların NƏZƏRİNƏ: cihazlar quraşdırılır
Azərbaycanda çoxmərtəbəli yaşayış binalarının zəlzələyə dayanıqlılığını yoxlamaq üçün cihazlar yerləşdiriləcək.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil müəssisəsinin Zəlzələ Araşdırmaları Mərkəzi tərəfindən böyük tədqiqat aparılıb.

Universitetin professoru Azər Qasımzadənin sözlərinə görə, tədqiqatın nəticəsi olaraq ölkə ərazisində, xüsusən Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarında cihazlar yerləşdiriləcək:

"Bu cihazlar vasitəsilə mütəmadi olaraq binaların zəlzələyə davamlılığı barədə monitorinq aparılacaq. Beləliklə, risklər müəyyənləşdiriləcək və baş verə biləcək problemin qarşısını vaxtından əvvəl almaq mümkün olacaq".

"Layihənin tətbiqi üçün işlərə başlanılıb və yaxın zamanda aidiyyəti qurumlarla görüşlər təşkil olunacaq", - deyə professor qeyd edib.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru