Cimmi Karterlə vida mərasimi keçirilir

10-01-2025, 09:24           
Cimmi Karterlə vida mərasimi keçirilir
Paytaxt Vaşinqtonda ABŞ-ın 39-cu prezidenti Cimmi Karterlə vida mərasimi keçirilir.

Rəsmi mərasim yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) Vaşinqton Milli Katedralında başlayacaq. Hazırda keçmiş prezidentin tabutu 21 tüfəngli hərbçinin müşayiəti ilə Kapitol binasından Milli Katedrala doğru yola düşüb.

39-cu prezidentin rəsmi dəfn mərasimində ABŞ-ın hazırda həyatda olan beş keçmiş prezidentinin hamısı bir araya gələcək. Mərasimdə prezident Baydenin çıxışı nəzərdə tutulub.

Cimmi Karterin cənazəsi rəsmi mərasim bitdikdən sonra doğulduğu Corciya ştatının Pleyns şəhərində dəfn ediləcək.

Keçmiş prezidentin ölümü ilə bağlı ABŞ prezidenti Cozef Bayden yanvarın 9-nu milli matəm günü elan edib.

Cimmi Karter dekabrın 29-da 100 yaşında vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru