Neft emalı zavodu köçürülür: 2030-2031-ci illərdə baş tuta bilər

Bu gün, 17:14           
Neft emalı zavodu köçürülür: 2030-2031-ci illərdə baş tuta bilər
Bu il Bakı şəhərindən neft emalı zavodunun köçürülməsi ilə bağlı qərar qəbul olunarsa, proses 2030-2031-ci illərdə həyata keçiriləcək.

İndex.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və Energetika Şöbəsinin müdiri Elşən Hacızadə Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, hazırda Bakıdakı neft emalı zavodu ilə bağlı iki ssenari müzakirə olunur: “Bunlardan biri zavodun modernləşdirilməsi istiqamətində aparılan işlərin davam etdirilməsidir. Digəri isə zavodun köçürülməsidir. Yəqin ki, bu il ərzində bununla bağlı yekun qərar veriləcək. Əgər köçürülmə təsdiqlənsə, proses 2030-2031-ci illərdə baş tutacaq”.

Xatırladaq ki, Bakıda iki neft emalı zavodu fəaliyyət göstərirdi. “Azərneftyağ” neft emalı zavodunun fəaliyyəti 2015-ci il yanvarın 1-dən dayandırılıb və Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) birləşdirilib. Bu addım bəzi təkrarlanan biznes proseslərinin yaratdığı əlavə xərcləri aradan qaldırmaq məqsədi daşıyırdı. “Azərneftyağ” NEZ-in istehsal qurğuları və sahələri BNEZ-in tərkibində fəaliyyətini davam etdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.