Misir Qəzzanın bərpası ilə bağlı planın hazır olduğunu, ərəb sammitində təqdim olunacağını bildirir

Bu gün, 16:24           
Misir Qəzzanın bərpası ilə bağlı planın hazır olduğunu, ərəb sammitində təqdim olunacağını bildirir
Misirin xarici işlər naziri Bədr Abdelatti bazar günü deyib ki, Misirin Qəzzanın bərpası ilə bağlı planı ahzırdır və çərşənbə axşamı Qahirədə Ərəb sammitində təqdim olunacaq. Həmin plana əsasən fələstinlilər öz torpaqlarında qalır.

Prezident Donald Trampın ABŞ-ın Qəzzaya nəzarəti ələ keçirib, fələstinliləri köçürmək planını rədd edən ərəb ölkələri bu ideyaya qarşı dipiomatik cavab üzərində razılıq əldə etməyə çalışırlar.

Trampın, İsraillə ABŞ tərəfindən terror qrupu elan edilən HƏMAS arasında kövrək atəşkəsin davam etdiyi bir vaxtda, fevralın 4-də elan etdiyi planı ABŞ-ın uzun müddətdir davam edən iki dövlətli həll yolunu dəstəkləyən Yaxın Şərq siyasətindən uzaqlaşıb və fələstinlilər, habelə ərəb ölkələri arasında qəzəbə səbəb olub.

Abdelatti deyib ki, Misir planı üçün beynəlxalq dəstək və maddi yardım almağa çalışacaq. O, Misirin mühüm rolunu vurğulayıb, xüsusilə də Qəzzanın yenidənqurulmasının maliyyələşdirilməsində.

“Plan qarşıdan gələn Ərəb Liqası sammitində qəbul ediləndən sonra biz böyük donor ölkələri ilə intensiv danışıqlar aparacağıq,” o, Avropa İttifaqının Aralıq dənizi üzrə komissarı Dubravka Suika mətbuat konfransı zamanı deyib.

Son altı həftədir döyüşlərin dayandırılması ilə nəticələnən atəşkəslə bağlı qarşıdurmanın artması fonunda, İsrail bazar günü Qəzzaya yük maşınlarının daxil olmasının qarşısını alıb. Abdelatti deyib ki, yardımdan kollektiv cəza silahı kimi istifadəsinə icazə verilə bilməz.

Kövrək atəşkəs razılığının birinci mərhələsi bu həftəsonu başa çatdı.

Abedlatti Misirin ikinci mərhələyə keçməyi gözlənilən ilkin atəşkəs razılığına sadiqliyini bir daha vurğulayıb.

“Çətin olacaq, amma xoş niyyət və siyasi qətiyyətlə bu, mümkündür,” o deyib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi daha öncə bildirib ki, ABŞ-ın Ramazan və Pasxa zamanında Qəzzada müvəqqəti atəşkəs tətbiq etmək təklifini qəbul edib.

Abdelatti deyib ki, İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri çərşənbə axşamı keçiriləcək sammitdən sonra planları təqdim etməyin yollarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanında təcili iclas keçirəcəklər.

Hazırkı münaqişə HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri öldürüb, təxminən 250 nəfəri girov götürməsindən sonra başlayıb.

Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada apardığı əks-hücum nəticəsində 48 mindən çox fələstinli həlak olub, onların yarısından çox qadın və uşaqlardır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.