Amerikalı general: “Ukrayna münaqişəsi tezliklə bitməyəcək”

4-03-2025, 10:28           
Amerikalı general:
NATO-nun keçmiş komandanı: “Münaqişə bitməkdən çox uzaqdır”

“Ukraynadakı münaqişə tezliklə bitməyəcək”. AYNA.AZ “The Hill”ə istinadən xəbər verir ki, bu sözləri Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı, istefada olan ABŞ generalı Uesli Klark deyib.

“Münaqişə bitməkdən çox uzaqdır. Bunu başa düşmək üçün Rusiyaya Rusiya tarixi, mədəniyyəti və indiki Rusiya idarəetmə mexanizmləri vasitəsilə baxmaq lazımdır. Rusiya Prezidenti Vladimir Putin hərbi maşın hazırlayır və Rusiya hərbi sənaye kompleksi həftənin 7 günü 24 saat işləyir. Putin müharibədə bütün canlı qüvvəsindən istifadə etmədi", - general vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Ukraynada atəşkəs üçün hazırlıq görməyə çağırıb. O, əmin edib ki, Avropa ölkələrinin liderləri müdafiə xərclərini artırmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru