İndi də CV manyakları peyda olub

8-03-2025, 12:18           
İndi də CV manyakları peyda olub
Bəzi şəxslər xanımları CV-də qeyd edilən əlaqə nömrələri vasitəsilə narahat edir.

Ölkə.Az xəbər verir ki, bu barədə menecer Cavidan Cəbrayılzadə məlumat verib.

“Linkedində CV manyakları peyda olub. Son zamanlar iş axtaranlara dəstək məqsədilə onların CV-lərini paylaşırdım ki, bu yolla daha çox insana çatıb iş tapmalarına kömək edim. Təəssüf ki, bəzi üzdəniraq insanların CV-lərdəki əlaqə nömrələrini götürüb xanımları narahat etdiklərini öyrəndim.

İndi biz nə edək? CV-lərdəki nömrələri senzura edək? Yaxud ümumiyyətlə dəstək olmaqdan çəkinək? İnsanlar necə bu qədər düşüncəsiz ola bilirlər? Hara gedirik belə?”, – deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru