Ukraynaya casusluq etdiyi üçün 15 il həbs cəzasına məhkum edilib

26-04-2025, 10:24           
Ukraynaya casusluq etdiyi üçün 15 il həbs cəzasına məhkum edilib
Xabarovsk şəhərinin sakini Lyubov Praxova Ukraynaya casusluq etdiyi üçün 15 il azadlıqdan məhrum edilib. Eyni zamanda, 26 yaşlı qadın terrorçu təşkilatın fəaliyyətində iştirak etməkdə də təqsirli bilinib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

İttiham aktına əsasən, 2024-cü ilin mart ayında Praxova "Rusiya Könüllü Korpusu" (Rusiyada qadağan olunmuş terrorçu təşkilat) nümayəndələri ilə əlaqə saxlayaraq əməkdaşlıq etmək istədiyini bildirib.

Daha sonra o, Ukraynanın xüsusi xidmət orqanlarına bir hüquq-mühafizə əməkdaşının məlumatlarını və şəhərdəki hüquq-mühafizə orqanlarının inzibati binasının yerini verib.

Praxova cəzasını ümumi rejimli koloniyada çəkəcək. İş 1-ci Şərqi Hərbi Məhkəmədə araşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru