Husilər ABŞ-nin “Harry Truman” təyyarədaşıyan gəmisinə zərbə endirib

29-04-2025, 16:34           
Husilər ABŞ-nin “Harry Truman” təyyarədaşıyan gəmisinə zərbə endirib
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər ABŞ-nin Yəmən ərazisini atəşə tutmasına cavab olaraq “Harri Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika təyyarədaşıyıcı qrupuna bir sıra zərbələr endirib.

Bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan “Əl Məsirə” telekanalının efirində bildirib.

“ABŞ-nin təcavüzünə və dinc sakinlərin öldürülməsinə cavab olaraq silahlı qüvvələr Amerikanın “Harry Truman” aviadaşıyıcısına və onun müşayiət edən gəmilərinə hücum edərək donanma, hava qüvvələri və raket qüvvələrinin birgə əməliyyatı çərçivəsində onlarla döyüşə girib”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru