Ukraynada silah alqı-satqısında fırıldaq – yüz milyonlarla zərər…
Bu gün, 09:28
Ukrayna xarici silah təchizatçılarına 770 milyon dollar avans ödəsə də, nə texnika, nə də sursat göndərilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadla qeyd edir ki, bu məbləğ ölkənin illik müdafiə büdcəsinin (6-8 milyard dollar) önəmli hissəsini təşkil edir və bu vəsait Rusiya işğalı başlayandan sonra dövlət büdcəsindən ayrılıb.
Məlumata görə, bəzi avanslar az tanınan şirkətlərə ödənilib və onlar öhdəliklərini yerinə yetirməyiblər. Digər hallarda isə Ukraynaya göndərilən silahlar həm baha qiymətə alınıb, həm də istifadəyə yararsız olub.
Bəzi xarici istehsalçılar bildirirlər ki, bu vəziyyətə Ukraynanın silah satınalma sistemindəki korrupsiya və daxili ziddiyyətlər səbəb ola bilər.