Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib

26-06-2025, 15:18           
Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib
Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.

İndex.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.

Bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə görə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru