Ömrünün bitməsinə bir il vaxt qoyulan gənc solyari həvəskarlarına xəbərdarlıq etdi

26-06-2025, 15:48           
Ömrünün bitməsinə bir il vaxt qoyulan gənc solyari həvəskarlarına xəbərdarlıq etdi
Uelsdə uzun illər ərzində müntəzəm olaraq solyariyə gedən 21 yaşlı Cek Hauell dəri xərçənginin aqressiv forması ilə üzləşib.

Bu barədə "Mirror" nəşri məlumat verib.

Məlumata görə, 2021-ci ilin iyununda gənc oğlana 3-cü mərhələdə melanoma diaqnozu qoyulub və melanoma 2 ay ərzində onun kürəyindən qasıq və sinə nahiyəsinə yayılıb.

Koronavirus zamanı o, kürəyində qaşınan şübhəli kütlə aşkar edib. Biopsiya şişin bədxassəli olduğunu təsdiqləyib. Xərçəng dərinin müxtəlif nahiyələrinə sürətlə yayıldığı üçün həkimlər Cek Hauellin ömrünün bitməsinə cəmi bir il vaxt veriblər.

Həkimlər xəstəliyi onun solyariyə baş çəkmək vərdişi ilə əlaqələndiriblər. Cek həftə ərzində 18 dəqiqəlik beşə qədər seans keçirib. Şişlərin çıxarılması üzrə iki əməliyyata baxmayaraq, xəstəlik irəliləməyə davam edib.

2022-ci ilin dekabrında başa çatan bir illik intensiv immunoterapiyadan sonra həkimlər remissiyanı (sağalmanı) elan ediblər. Lakin gənc keçirdiyi xəstəliyin ağır psixoloji nəticələrini vurğulayır. O, indi başqalarını da saxta günəş vannasının təhlükələri barədə xəbərdar etmək üçün öz hekayəsini fəal şəkildə paylaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru