"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb

27-06-2025, 17:24           
"Tesla"nın robot-taksi xidmətinin sınaq yürüşü uğursuz alınıb
"Tesla" şirkətini istehsal etdiyi robot-taksi avtomobilinin sınağı uğursuz alınıb.

"Reuters" xəbər verir ki, özü hərəkət edən taksinin sınağı Texas ştatının Ostin şəhərində baş tutub.

Sınaq yürüşü kamera ilə qeydə alınıb.

Videoda robot-taksinin bəzən sürət həddini aşdığı, polis avtomobilini görəndə özünü qəribə apardığı, həmçinin qəfil dayanması və yol kəsişmələrində idarəetməni tənzimləyə bilmədiyi əks olunub.

Yaranan problemlər federal yol təhlükəsizliyi tənzimləyicilərinin və avtomobil təhlükəsizliyi mütəxəssisləri tərəfindən suallar doğurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru