"iOS" əməliyyat sistemi üçün "WhatsApp"da YENİ FUNKSİYA
Bu gün, 16:24

"WhatsApp" mesencerinin "iOS" əməliyyat sistemi üçün beta versiyasında əvvəllər "Android"də mövcud olan müzakirə bölmələrinin analoqu olan mesaj zənciri funksiyasını sınaqdan keçirməyə başlayıb.
Yeniliyə "WABetaInfo" (WBI) portalı diqqət çəkib.
Yeni funksiya əsas çat lentini yükləmədən xüsusi mesajlar üçün ayrıca mövzular bölməsi yaratmağa imkan verəcək. Bu, onu ümumi yazışma axınında qalan mövcud sitatlı cavablardan fərqləndirir. Yeniliyin, xüsusilə eyni vaxtda bir neçə mövzunun müzakirə olunduğu aktiv qrup çatlarında söhbətləri izləməyi asanlaşdıracağı gözlənilir.
İş mexanizmi belədir: zəncirdə cavab verilmiş mesajda xüsusi sayğac görünəcək. Bunun üzərinə kliklədikdə, bütün müzakirə bölməsinin göstəriləcəyi ayrı bir ekran açılacaq. Bu pəncərədə istifadəçilər bütün cavabları xronoloji ardıcıllıqla görə və müzakirəni davam etdirə biləcəklər.
Hazırda bu funksiya üzərin aktiv işlər görülür və hətta "Apple"ın "TestFlight" xidməti vasitəsilə beta test proqramının bütün iştirakçıları üçün hələ əlçatan deyil.