Ermənistanda deputatın oğlu tutuldu

10-07-2025, 17:08           
Ermənistanda deputatın oğlu tutuldu
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyanın oğlunu saxlayıblar.

Demokrat.az xəbər verir ki, deputatın fraksiya üzrə həmkarı Kristine Vardanyan bu barədə özünün sosial media hesabında yazıb.

“Milli Təhlükəsizlik Xidməti qanunsuz olaraq Qeqam Manukyanın telefonunu ələ keçirib və oğlu Taron Manukyanı saxlayıb”, - deyə Kristine Vardanyan bildirib.

O, həmçinin “Daşnaksütyun” şəhər komitəsinin üzvü Arsen Martoyanın saxlanıldığı və partiya üzvlərinin evlərində axtarış aparıldığı barədə məlumat yayıb. Onun sözlərinə görə, “Daşnaksütyun” partiyasının ali orqanının üzvləri və “Ermənistan” fraksiyasının deputatları da daxil olmaqla saxlanılan şəxslər İrəvan İstintaq İdarəsinə aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru