İsrail pilotu: “İranla müharibədə qırıcılarımıza bir dənə də raket atılmadı”

Bu gün, 00:01           
İsrail pilotu:
İsrail ordusunun polkovnik-leytenantı və F-16 qırıcı pilotu “Müharibə Zonası” proqramına verdiyi müsahibədə İran hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatlarının təfərrüatlarını açıqlayıb.
Təhlükəsizlik səbəbindən adı gizli saxlanılan pilot bildirib ki, əməliyyatı zamanı F-16 və F-35 qırıcıları arasında yüksək koordinasiya təmin olunub. Onun sözlərinə görə, F-35 təyyarələri əsasən kəşfiyyat və istiqamətləndirmə funksiyalarını yerinə yetirib və F-16 ekipajlarına daxil ola bilmədikləri kritik məlumatları ötürüb.
“F-35 qırıcıları raket təhdidlərini qabaqcadan aşkar edən texnologiyalara sahibdir. Onlar bizə deyə bilər ki, hansı tip raketlə üz-üzə qala bilərsiniz. Bu isə əməliyyatların uğurla başa çatmasına ciddi təsir edir”, - deyə, pilot bildirib.
O, qeyd edib ki, bütün əməliyyatlar ərzində İsrail qırıcılarına qarşı bir dənə də olsun zenit raketi atılmayıb. (Euronews)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru