Rusiya BMT-nin iclasını çağırdı: İstanbul danışıqları...

Bu gün, 12:24           
Rusiya BMT-nin iclasını çağırdı: İstanbul danışıqları...
Rusiya iyulun 31-nə Ukrayna məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın beynəlxalq təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, iclasın əsas mövzusu İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqları pozmaq cəhdlərinin müzakirəsi olacaq.
Polyanski deyib: "Biz Ukrayna münaqişəsinin diplomatik yolla həlli axtarışına xələl gətirən hərəkətləri, o cümlədən İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlar yolunu pozmaq cəhdlərini müzakirə etməyi təklif edirik".
Onun çıxışının mətni Rusiya daimi nümayəndəliyinin rəsmi saytında yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru