Tramp Zelenski və Putin görüşəcək – Ağ Ev rəhbəri AÇIQLADI
Bu gün, 12:35
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşün mümkünlüyünü etiraf edib.
Referans xəbər verir ki, Tramp bu görüşün baş verəcəyini diqqətə çatdırıb:
“Bu görüş üç ay əvvəl baş verməli idi. Amma alınmadı. Hərçənd üçtərəfli görüş baş tutacaq”, – Tramp vurğulayıb.
Xatırladaq ki, iyulun 23-də İstanbulda münaqişənin nizamlanması üzrə Rusiya-Ukrayna birbaşa danışıqlarının üçüncü raundu keçirilib. Danışıqların dördüncü raundu ilə bağlı qərar yeni razılaşmaların həyata keçirilməsindən sonra veriləcək./Globalinfo.az