"Şahzadə Diananın qızı" qonşusunu və onun pişiyini öldürdü
Bu gün, 12:47
Londonda özünü mərhum şahzadə Diana və misirli milyarder Dodi Əl-Fayedin qızı adlandıran qadın məcburi müalicə üçün psixiatriya xəstəxanasına yerləşdirilib.
Bu barədə BBC məlumat yayıb.
Paranoid şizofreniya xəstəliyindən əziyyət çəkən 35 yaşlı Həbibə Navid başındakı səslərə qulaq asaraq 72 yaşlı vəkil qonşusu və onun pişiyini öldürüb.
Həbs edildikdən sonra qadın İsanın onu dirildənə qədər tabutda yatdığını söyləyib. O, əmindir ki, missiyası bütün dünyada pisliyi məhv etməkdir.