Öcalanın “sağ əli” Veysi Aktaş 31 ildən sonra azadlığa buraxılıb

Bu gün, 00:19           
Öcalanın “sağ əli” Veysi Aktaş 31 ildən sonra azadlığa buraxılıb
PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın “sağ əli” olan Veysi Aktaş həbsdən azad edilib.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, o, ömürlük həbs cəzasına məhkum edilməsindən 31 il 3 ay sonra azadlığa buraxılıb.

Qeyd edək ki, Veysi Aktaş PKK sıralarında fəaliyyətinə görə 1994-cü ildə həbs olunub. 2015-ci ildən PKK lideri Abdullah Öcalanla birlikdə İmralı Həbsxanasında saxlanılırdı. Aktaş “dövlət suverenliyi altında olan ərazilərin bir hissəsini dövlət idarəçiliyindən ayırmaq” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Xatırladaq ki, PKK terror təşkilatı artıq özünü buraxdığını elan edib, üzvləri isə silahları təhvil verməyə başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru