Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Dünən, 15:46
Gəncədə iki nəfər döyülüb.
Unikal.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə döyülənlər - İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır.