Narıncı köpəkbalığı görüntüləndi - İlk dəfə

20-08-2025, 10:43           
Narıncı köpəkbalığı görüntüləndi - İlk dəfə
Kosta-Rika sahillərində - Karib dənizinin sularında parlaq narıncı rəngdə köpəkbalığı tutulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, köpəkbalığı “Tortugero” Milli Parkının yaxınlığında 37 metr dərinlikdə aşkarlanıb.

Qeyri-adi canlı təxminən 1,8 metr uzunluğundadır.

Adətən, qəhvəyi rəngdə olan bu növün narıncı görünüşü nadir dəri xəstəliyi ilə əlaqələndirilir. Alimlər köpəkbalığının rənginin “xantizm” adlanan piqmentasiya pozuntusu nəticəsində dəyişdiyini söyləyirlər. Bu vəziyyət dəridə qırmızı piqmentin olmaması səbəbindən həddindən artıq sarı və ya qızılı çalarlar yaradır.

Qeyd edilir ki, Karib dənizində köpəkbalığı, skat və digər bu kimi qığırdaqlı balıqlar arasında bu hal ilk dəfə qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru