Neftçala bələdiyyəsinin sədrinə rüşvət ittihamı - İDDİA
5-01-2017, 15:06
teref.az saytının elektron poçtuna Neftçala rayon sakini Əliyev Bəhruz tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi Neftçala rayon bələdiyyəsinin sədri Aydın Aslanovun onu aldadaraq ondan 3 min manat pul aldığını yazir:
Şikayətçi bildirir ki,Neftçala rayonununda özünə ev tikmək məqsədilə Neftçala rayon bələdiyyəsinə müraciət edib. 6 sot həyətyanı torpaq sahəsi istəyən Neftçala rayon sakinindən nə az nə çox 5 min manat pul tələb olunub.Neftçala rayon bələdiyyəsinin sədri Aydın Aslanov ona bildirib ki, tələb etdiyim məbləğ Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevə çatmasa sənə nəinki 6 sot torpaq sahəsi hətta 6 kvadratmetr belə torpaq sahəsi verə bilmərik.Şikayətçi bildirir ki,bu sözlərdən sonra o, Azərbaycan Respublikasının prezidentinə dəfələrlə müraciət edərək bu barədə şikayətini bildirmiş, və müəyyən vaxtdan sonra Neftçala rayon icra hakimiyyətindən ona zəng edilərək bildirilmişdir ki, bələdiyyə sədrinin dedikləri ağ yalandır, gedib istədiyiniz boş yerdə dövlət rüsumu köçürərək torpaq sahəsi alabilərsiniz.Daha sonra teref.infi-ya müraciət edən şikayətçi yazır, daha sonra Neftçala rayon bələdiyyəsinin sədri Aydın Aslanov onu çağıraraq ondan 3 min manat pul qarşılığında ona torpaq sahəsi verəcəyini bildirib. Neftçala rayon sakini, bu pulun çox olduğunu bildirərək ona min manat, verə biləcəyini söyləyib.Lakin bələdiyyə sədri, bu dəfə and içərək bildirib ki, valah tələb etdiyim məbləği Şirvan Regional Ədliyyə şöbəsinin rəisi, Nizami Hüseynova verəcəm.Neftçala rayon sakini, bildirir ki, bundan sonra o, məcbur qalıb tələb olunan pulu bələdiyyə sədrinə verib.
Üstündən təxminən 2 ay keçdikdən sonra rayon sakini bələdiyyə sədrindən torpaq sahəsinin sənədlərinin nə yerdə qaldığını soruşduqda, bələdiyyə sədri ona bildirib ki, sən 480 manat rüsum köçürməlisən. Bundan sonra Neftçala rayon prokurorluğuna gedən Neftçala rayon sakini Bəhruz Əliyev prokuror Aydın Əliyevə bələdiyyə sədrinin ondan 3 min manat alaraq onu aldatdığını bildirib.Prokuror Aydın Əliyev cavabında ona bildirib ki,siz 161 qaynar xəttinə çıxın bu karrupsiyadır bizlik deyil.Şikayətçi Neftçala rayon prokurorluğundan ayrıldıqdan dərhal sonra , Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 qaynar xəttini yığaraq şikayətini bildirib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq heç bir nəticəsi olmayıb.Bundan sonra Neftçala sakini məcbur olub bələdiyyə sədrinin ondan istədiyi 480 manat, pulu köçürmək istəyib, bu dəfə bələdiyyə sədri ona bildirib ki, 560 manat pul köçürəcəksən. Səbəbini öyrənmək istədikdə, bələdiyyə sədri ona bildirib ki, 161 zəng vurmusan Neftçala rayon prokuroru məni çağırıb sənin verdiyin 3 min manatı məndən aldı, pulun ondadır bundan sonra pulunu istəsən onun yanına get.Çarəsiz bu səfərdə məcburi qalıb tələb olunan məbləği ödəməli oldum.Şikayətçi bildirir ki, hara şikayət etsədə heç bir nəticəsi olmur.Əksinə bələdiyyə sədri onu həbs etdirməklə hədələyir.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az