Əli Abbasovun adamı aradan çıxıb - İDDİA
6-01-2017, 10:40
Keçmiş nazir Əli Abbasovun nəzarətindəki daha bir MMC-nin fəaliyyəti araşdırlır. Azərnet MMC-nin (72%) və BTRİB-in (28%) təsisçiliyi ilə yaradılan, sonradan tamamilə özəlləşdirilən ULTEL MMC-nin fəaliyyəti nəzarətə götürülüb.
Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, keçmiş nazir Əli Abbasova məxsus olan ULTEL MMC-də ciddi yeyinti faktları və vergidənyayınma halları da mövcuddur.
Məlumatda qeyd olunur ki, Əli Abbasovun MTN şefi Eldar Mahmudovdan qorxaraq nəzarətinə keçməsindən sonra ikinciyə məxsus bütün biznes strukturları Eldar Mahmudovun istifadəsinə verilib. "MTN İŞİ” istintaqındakı izləmə və dinləmə kimi faktların açıqlandığını nəzərə alsaq ULTEI MMC-nin avadanlığı ilə məmurların və biznesmenlərin dinlənməsini mümkün hesab etmək olar.
Bizimxeber.az-a daxil olan məlumata görə, Azərnet şirkəti (Ultel MMC daxil) avadanlıqları əsasən Türkiyənin Nortel Netaş şirkətindən alıb.
Azərnet şirkətinin Azərbaycan telekommunikasıya bazarına gətirdiyi avadanlıqlar bunlardır:
– Nortel Netaş şirkətinin istehsal etdiyi DMS-100, DMS-100/200, DRX-4 telefon stansiyaları
– Nortel Netaş şirkətinin istehsal etdiyi SDH və PDH transmisiya sistemləri
– APC və Nortel Netaş şirkətinin istehsal etdiyi elektik-qida qurğuları
– Nateks şirkətinin istehsal etdiyi optik multipleksor, HDSL və bir sıra digər şəbəkə elementləri.
Azərnet MMM-nin ən böyük alıcıları Aztelekom İB, BTRİB, Bakı Metro İdarəsi və sairlərdir.
Mənbələr bilririr ki, Eldar Mahmudov bu şirkətə əl qoyduqdan sonra şirkətin gəlirlərinə müəyyən faizlə şərik olub. Həmçinin avadanlıqlardan istədiyi kimi istifadə edib.
Hazırda fəaliyyət göstərən "Ultel” MMC- də ciddi maliyyə böhranı hökm sürür. Şirkət rəhbərinin aylardı Bakıda olmadğı deyilir. Məlumatda qeyd olunur ki, Eldar Mahmudov olayından sonra şirkətin direktoru Əliqiyam Əsgərov Azərbaycanı tərk edib. Şirkətin bütün işləri müavinə həvalə olunub.
Kimdir Əliqiyam Əsgərov?
1959-cu ildə anadan olub. Azərbaycan Texniki Universiteti 1981-ci ildə bitirib, 1981-1992 illərdə BTRİB və Aztelekom İB-də müxtəlif vəzifələrdə çalışıb. 1992-1995 illərdə Netaş şirkətində işləyib. 1995-ci ildən ULTEL-də, 1999-cu ildən isə ULTEL MMC-nin Baş direktorudur.
"Ultel” MMC-nin baş direktoru Əliqiyam Əsgərovun sabiq nazir Əli Abbasovun ən sevimli kadrlarından biri sayılır. Daha bir maraqlı məqam isə şirkətin əsasən FETO-nun Azərbaycandakı böyük mərkəzləri ilə əməkdaşlıq etməsidir. Qafqaz Universiteti, MADO və onlarla təhsil ocaqları ilə əməkdaşlıq müqavilələrinin imzalanması "Ultel” MMC-nin faəliyyətinin araşdırılmasına ehtiyac yaradır.
P.S
"ULTEL”in vətəndaşlara yaratdığı problemlər hələ də bitmək bilmir. Keyfiyyətsiz internet xidməti göstərən şirkətin əməkdaşlarını ünvana çağıranda sifariş pullu qəbul olunur. Sonra isə əməkdaş çağırılan ünvana gəlib internetdə, yaxud da modemdə olan problemi aradan qaldıra bilməsə də, müştəri hökmən pul ödəməlidir.
"Ultel”in müştəri xidmətindən isə heç danışmağa dəyməz. Müştəri xidmətinə yaxınlaşanda müştərini gülərüzlə qəbul etmək əvəzinə, xidmətin əməkdaşları Mahmudov və Covdarov sayağı kobud cavab verirlər. (Bizimxeber.az)