Dövlət Sığorta Kommersiya Şirkətində dələduzluq - Qarabağ əlillərinin "qan pulu"-nu yeyiblər İTTİHAM
16-01-2017, 00:13
teref.az olkaraq qeyd etmək istəyirik ki,Dövlət Sığorta Kommersiya Şirkəti dövlətin heç bir qanunlarını saymayaraq yüzlərlə Qarabağ əlili, şəhid və şəhid Milli Qəhrəmanın "qan pulu" adlanan sığorta pullarını vermir. baxmayaraq ki, məhkə\mə qərarları var, onların heç biri icra olunmur.
Hər halda inanırıq ki, bu şirk\tə\ qarşı bir ölçü götürülər!!
Qarabağda aldığım xəsarətə görə mənə qanpulu verilməməsindən məhkəmədə qaldırdığım iddianı Nəsimi m-si təmin etməsə də,Ali Məhkəmə mənə sığorta ödənişi verilməli olmasını qərara aldı və Bakı AM-ə göstəriş verdi.Bakı AM (Sevda Hüseynova) 05.07.2011 tarixli qətnamə ilə Dövlət Sığorta Kommersiya Şirkətini(DSKŞ) mənə sığorta ödənişi verməyə məcbur etdi.DSKŞ bundan Ali Məhkəməyə şikayət verdi və mən də mənəvi ziyanla bağlı şikayət verdim.Ali Məhkəmə 04.06.2012 tarixli qərarla mənim şikayətimi təmin edib,mənəvi ziyan olaraq 500 manat da verilməsini qərara aldı,DSKŞ-nin şikayətini isə rədd etdi.Lakin 6 ildir borclu DSKŞ dələduzluqla borcunu ödəmi.Əksinə icra şöbələrinə rüşvət verib,hesabıma 1 qəpik belə ödəmədən borcunu ödədiyini bildirir.Axı,hesabıma pul ödənməyib.Bu necə olur?Nəsimi və Binəqədi icra şöbələri,məhkəmələri dələduzluq edərək,borclu DSKŞ-nın rüşvətilə icranı təmin etmir.Öncə ƏN-dən icra sənədi Nizamiyə göndərilib,buradan Nəsimiyə,Nəsimidən də Binəqədiyə.Bunlar hamısı borclunun rüşvətilə dələduzluğun nəticəsidir.İcra şöbələrinin işi,vəzifəsi icranı təmin etməkdir.Nəsimi İŞ-dən 5 il qabaq Ramin Muradov zəng etdi ki,borclu Dövlət Sığorta Kommersiya Şirkəti onları aldadıb.Bəs icra şöbəsi elə bilib ki,cəmi 500 manat borcludur ,ona görə də 500 manatı Nəsimi İŞ-nin depozit hesabına köçürüblər.Mən də dedim ki,siz icra sənədinə,qətnaməyə yaxşı baxın.Orada 500 manat mənəvi ziyandır,bəs qanpulunun özü necə oldu?Bundan sonra Nəsimi İŞ borcluya sanksiya tətbiq etmək istədi,lakin rüşvətini alıb icra sənədini 31.01.2013-da Binəqədiyə göndərdi,depozitdə olan 500 manatı isə özündə saxladı.Mən-tələbkar bir də onda xəbər tutdum ki,Binəqədi icra şöbəsi icraata xitam vermə barədə məhkəməyə təqdimat yazıb.Guya icra tam yerinə yetirilib.Fikir verin,Binəqədi icra şöbəsi icra sənədinin 27.02.2016-da icraata daxil olduğunu bildirir,borclu DSKŞ isə guya borcunu Binəqədinin hesabına 31.01.2013-də ödədiyinə dair ödəniş tapşırığı verir.Bu necə ola bilər?Hələ icra sənədi Binəqədiyə getməmişdən bir ay qabaq Binəqədinin hesabına pul ödənib?Elə pulu ödəyirdilərsə,Nəsiminin hesabına ödəyəydilər də,İş axı Nəsimidəicra məmuru Ramin Muradovda olub.Deməli,bunlar öz aralarında cinayət əlaqəsinə girib,borclunu cərimə etməmək adına(halbuki Nəsimi İş onu cərimə də edib,cəmi 35 manat,500 manatın 7 faizi qədər) icra sənədinin guya Binəqədidə olduğuna görə özbaşınalıq ediblər.Binəqədiyə çatan kimi isə digər icra məmuru Tural Süleymanov icraata xitam vermə barədə məhkəməyə təqdimat yazıb.Hakim Abbas Rzayev 05.03.2013 tarixli qərarla bu təqdimatı rədd etdi ki,sığorta məbləği 11 min manatdır.Bunu yuxarı insatansiyalar da qüvvədə saxladı.Ali Məhkəmə 13.03.2014 tarixli qərarla,Konstitusiya M-si 28.01.2014 tarixli Plenumunun qərarı ilə sığorta məbləğinin 11 min manat olmasını təsbit etsə də,borclu və icra şöbələri dələduzluq edərək 5 ildir məhkəmə qərarını icra edib,vəzifələrini görmürlər.Dəfələrlə Binəqədi m-sinin hakimi Abbas Rzayevə ərizə verib,MPM-in 265.5 maddəsilə cinayət işi başlamaq üçün xüsusi qərardadla prokuopra xəbər verilməsini,indeksasiyanı tələb etsəm də baxılmır.İcra məmurları isə heç bir hərəkət etmir.Yalnız ƏN vasitəsilə məhkəmələrə təzyiq edib,onlara qarşı şikayətlərimə baxılmasına mane olurlar.ƏN-in icra baş idarəsinin rəisi Xanlar Zeynalovu Nurəddin Mustafayevin əvəz etməsi də nəticəsiz qalıb.Yenə də DSKŞ-nın rüşvəti həlledici rol oynayır.Fikir verin,Nəsimi İŞ 30.11.2016 tarixli məktubla yazır ki,Ali Məhkəmə Nəsimi İŞ-yə 04.06.2012 tarixli icra sənədi verib.1-cisi,Ali Məhkəmə icra sənədi vermir,ALi M-mə işi Bakı AM-ə göndərir və o da işin baxıldığı 1-ci instansiyaya.Bu bir saxtalıq.2-cisi,Nəsimi icra şöbəsi bildirir ki,11.07.2012-də onun icraatına daxil olub və borclu 500 manatı onlara ödəyib.Axı tələbkar mənəm,niyə icra şöbəsi bu məbləği mənim hesabıma köçürməkdən 5 ildir imtina edir?Niyə qanpulunun özünü ödətdirmir?Nəsimi İŞ-nin rəisi Nazim Nərimanov yazır ki,11.07.2012-də onların depozit hesabına ödənilən 500 manat...14.08.2013-də yəni 1 ildən sonra Binəqədi İŞ-nin depozit hesabına keçirilib.Dələduzluğa fikir verin,mənim qanpulumu bunlar qəti surətdə mənim hesabıma yox,bir-birinin hesabına keçirir.Binəqədi İş də nə bu 500 manatı,nə də qanpulunun özünü hesabıma köçürməkdən imtina edir.Deməli,heç bunların hesabına pul keçirilməyib.Keçirilibsə,mən hesab nömrəmi təqdim etmişəm,niyə 5 ildir bu hesabıma pulumu keçirmirlər?belə dələduzluq olar?Bu,korrupsiyadır,özü də dəhşətindən.Dələduzluğa fikir verin:Mənim-tələbkarın da hesabı Beynəlxalq Bankdadır,borclu DSKŞ-nın da.Bəs borclunu nə vadar edir ki,pulu gah Nəsimi,gah da Binəqədi İŞ-nin başqa banklarda olan hesablarına bank haqqı ödəməklə keçirir?Burada bank fırıldağı da başlıca rol oynayır.Məsələ burasındadır ki,Beynəlxalq Bankın Səbail şöbəsinin keçmiş müdiri Elmar Məmmədov (hazırda BB-nin rəhbərliyindən də çıxarıldı) DSKŞ-nın müdiri Məmməd Məmmədovun oğludur və onun əlilə saxta ödəniş tapşırığı ilə guya Binəqədiyə 31.01.2013-də pul keçirib.Mən o vaxt bankda yoxladım,31.01.2013-də heç bir ödəniş tapşırığı olmayıb.01.02.2013-də başqa borclu olduğu şəxsə pul ödəyib,onu mənim adıma saxtalaşdırıblar.Özü də 2 ALi M-nin,Konstitusiya M-sinin qərarlarında sığorta məbəğinin 11 min manatdan az ola bilməzliyi qərara alınsa da,DSKŞ cəmi 915 manat pul ödədiyini bildirir.İcra şöbələri,məhkəmələr məgər Konstitusiyanın mübahisələndirilə bilməz qərarını tanımır?Tiutaq ki,Məmməd Məmmədovu qanpulu elə azğınlaşdırıb ki,Konstitusiya-filan tanımır,bəs hakimlərə nə olub?Dəhşət budur ki,həmin 28.01.2014 tarixli KM-in Plenumunun qərarı qəbul edilən zaman iştirak edən Raqib Qurbanov kimi hakimlər də DSKŞ-nın rüşvıətilə KM-ə hörmətsizlik edir.Beləcə,5 ildən çoxdur,qanpulumun verilməsi məhkəmə qaydasında təsbit olunsa da,borclu qanpulundan rüşvət verib borcunu ödəmir.Bağlantılı qurumlar isə nədənsə,heç bir hərəkət etmir.Maliyyə N-yinin Dövlət Sığorta Nəzarəti Xidməti(artıq ləğv olunub) öncə mənə məbləğin 11 min olduğunu rəsmi məktubla bir neçə dəfə bildirsə də,sonradan Məmməd Məmmədovun rüşvətilə 2006-dan qabaqkı 1100 manatın verilməli olduğunu yazdı.İndi Maliyyə Bazarlarıa Nəzarət Palatası DSKŞ-ya KM-in qərarını icra etməyə məktub verib.KM-in qərarında isə yazılıb ki,2006-da qəbul olunan 11 min manat azaldıla bilməz.DSKŞ isə nə Maliyyə Bazarlarına Nəzarət palatasını sayır,nə məhkəmələri,nə də Konstitusiyanı.Onun saydığı yalnız qanpulundan verdiyi rüşvətdir,Sizdən qanpulumun BB-dəki banlk hesabıma keçirilməsini təmin etməyinizi diləyib,Nəsimi,binəqədi İŞ_lərin və məhkəmələrinin ,borclu DSKŞ-nın rüşvətilə korrupsiyaya uğradığına görə tədbir görməyinizi diləyirəm.
Hörmətlə,DİN-in 1-ci qrup Qarabağ əlili,jurnalist Məğrur Bədəlsoy
teref.az olaraq qarşı tərəfində cavab haqqını tanıyırıq!
teref.az