Gəncə Dövlət Universitində “mahmudovçu”lar var? - İDDİA
2-02-2017, 12:34
Keçmiş MTN şefi Eldar Mahmudovun və komnadasının ifşası ilə bütün qurumlarda “mahmudovçu”ların təmizlənməsinə start verildi. Elə bir dövlət və ya qeyri dövlət qurumu qalmadı ki, ordan Eldar Mahmudovun adamı çıxmasın.
Qəribəsi də budur ki, Mahmudovun komandasına aid olan bu adamların əməlləri elə Çovdarov-Mahmudovun etdiklərindən az deyil.
Ən acınacaqlı hal isə təhsil ocaqlarında “mahmudovçu”ların olması idi ki, onlar da mərhələ-mərhələ təmizlənməkdədir. Amma hələlik prorektorlara dəyilmir.
Bu günlərdə Bizimxeber.az-a daxil olan məlumata görə, Mahmudov komandasının daha fəal adamları Gəncə Dövlət Üniversitetində də at oynadıb və hətta at oynatmaqda davam edirlər.
Zaman-zaman rektor Yusif Yusifovun tapşırıqlarını ümumiyyətlə, eşitməyən, özlərini universitetin ağaları kimi aparan bu “müəllimlər” indi də GDU-da qalmaqdadır. Kafedra müdiri, baş müəllim, universitet tələbələri ilə olduqca sıx əməkdaşlıqda olan şəxslər hələ də universitetdə öz istədiklərini edirlər.
Məsələn, bu günlərdə Göygöl şəhəri Nizam küçəsi ev 26 ünvanında yaşayan Hacıyev Fikrət Bala oğlundan elektron ünvanımıza daxil olan müraciətə diqqət edək!
Cənab Prezident!
Artıq 14 ildir ki, GDU-da keçmiş kafedra müdirim Zakir Zeynalov həyatımı cəhənnəmə çevirib, məni söydürüb, döydürüb, uzun illər civə ilə zəhərlədib.
Hətta 27.02.2006 tarixində kafedrada demişdi ki, onsuz da hamı bilir ki, Xocalı soyqırımını Heydər Əliyev təşkil edib ki, hakimiyyətə gəlsin. Bu barədə Eldar Mahmudova ərizə ilə müraciət etdim və 2011-ci ilin dekabrında işdən it kimi qovuldum, 52 və 29 günlük aclıq aksiyasından sonra ölüb-dirilib sonra işə bərpa oldum.
Ancaq Zakir Zeynalov bundan sonra 17 aylıq əmək haqqımın alınmasına mane olmaqla yanaşı, işə qayıdan kimi mənim məzuniyyət pulumu kəsib, PA-ya şikayətə getdiyim günün əmək haqqını kəsib və har yolla məni məhv etməyə çalışmaqda davam edirdi. İndi onun 22.04.2016 tarixində FHN nazirliyinin əməkdaşlarına rüşvət verərək GDU-nun II korpusunda guya civə buxarlarının olmaması ilə bağlı saxta arayış alması ilə bağlı Baş Pokurora olan şikayətimə Qabil Qasımov cavab yazır ki, bu işə 2012-ci ildə baxılıb. Bu hadisə ilə bağlı “mahmudovçu” Zakir Zeynalovdan Gəncə şəhər DTX şöbəsinə şikayətə gedəndə mənə bildirdilər ki, DTX elə MTN-nin eynisidir və bu işdə mənə heç bir kömək etmədilər. İndi isə DTX-nın mektub@dtx.gov.az e-mail ünvanına müraciətlərim qəbul olunmur.
Cənab Prezident, xahiş edirəm Baş Prokurorluq və DTX-ya Zakir Zeynalov barəsində cinayət işinin qaldırılmasına mane olmaq üçün qanunlarımızı pozmalarına son qoymalarını tövsiyyə edəsiniz.
Bu GDU-da Eldar Mahmudov komandasının üzvlərinin olmasını təsdiqləyən bir müraciətdir. Odur ki, bu kimi mövzular aidiyyatı qurumlar tərəfindən araşdırılmalıdır.
Həmçinin, rektor Yusif Yusifovun fəaliyyətinə də nəzər yetirmək lazımdır. Tələbələrdən daxil olan müraciətlədrə imtahanların qeyri obyektiv keçirildiyi, rüşvət yığıldığı kimi faktlar yer alır.